"Avropa İttifaqı ümid edir ki, ukraynalılar rusları sıxışdırıb çıxara biləcəklər".
Demokrat.az UNİAN-a istinadən bildirir ki,bunu Avropa Komissiyasının vitse-prezidenti, Aİ-nin xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borrell Brüsseldə Aİ xarici işlər nazirləri səviyyəsində Aİ Şurasının iclasından sonra keçirilən brifinqdə deyib.
Josep Borrell bildirib ki, Avropa İttifaqı ələ keçirilən Ukrayna ərazisinin heç bir kvadrat kilometrini Rusiya Federasiyasının bir hissəsi kimi tanımır.
Leyla Demokrat.az


