Gündəm Özəl

" Rusiyada müharibəni davam etdirmək üçün az resurs qalıb"

 Rusiyada müharibəni davam etdirmək üçün az resurs qalıb

Rusiya Artıq Ukraynada yüzdən çox batalyon taktiki qruplarını yerləşdirib.

Rusiyanın Ukraynada müharibəni davam etdirmək üçün ehtiyatları tükənir. Rusiya Federasiyasının hərbi-siyasi rəhbərliyiöz batalyon taktiki qruplarının (BTQ) 80%-niUkrayna xalqına qarşı müharibəyə cəlb edib.

Demokrat.az UNİAN-a istinadən bildirir ki, bu barədəamerikalı müxbir Cek Deçöz Twitter hesabında yazır.

"Məlumdur ki, hazırda Ukrayna ərazisində yüzdən çox (106) batalyon taktiki qrupu döyüşür. Pentaqon bildirib ki, Putinin başlatdığı müharibəni davam etdirmək üçün az hərbi resursları qalıb. Britaniya kəşfiyyatının məlumatına görə, Rusiyafevralda Ukraynaya hücum etmək üçün topladığıquru döyüş qüvvələrinin üçdə birini itirib .Bu səbəbdən, çətin ki, onlar yaxın 30 gün ərzində Donbassda hücumu əhəmiyyətli dərəcədə gücləndirə bilsinlər"

Leyla Demokrat.az

D
demokrat.az