“Türkiyə ilə Azərbaycan arasında münasibətlər tarixə, soykökə, mədəni bağlılığına söykənir və möhkəm təməllər üzərindədir.” Bu sözləri Demokrat.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib. Politoloq qeyd edib ki, Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan və Türkiyə arasındakı münasibətləri rəsmən hərbi mütəffiqlik səviyyəsinə qaldırdı:
“Buna qədər strateji tərəfdaşlıq əlaqələri hər iki ölkənin münasibətllərini müəyyən edirdi. Hazırda isə hərbi mütəffiqlik münasibətləri yeni geosiyasi reallıqlar şəraitində uyğunluq təşkil edir. Çünki Vətən müharibəsində Türkiyə Azərbaycana güclü siyasi mənəvi dəstək nümayiş etdirmişdir. Bu dəstək əsl qardaşlıq nümunəsi idi. Bu baxımdan post müharibə reallıqları kontektsində Türkiyə ilə münasibətləri daha da dərinləşdirilir və inkişaf etdirilir”.

Politiloq əlavə edib ki, Türkiyə həm də öz sənayesi, həm də müdafiə və təhlükəsizlik sahəsində əldə etdiyi uğurlarla dünyanın önəmli geosiyasi aktoruna çevrilir: “Regional müstəvidə siyasi, iqtisadi potensialı günü-gündən güclənir və Türkiyə ilə bütün dünya hesablaşır. Türkiyə dünya arenasında beynəlxalq münasibətlər sistemində qazandığı nailiyyətlər Azərbaycan xalqını və dövlətini də sevindirir. Nəzərə almaq lazımdır ki, Türkiyə prezidenti Ərdoğanla Azərbaycan prezidenti arasında möhkəm dostluq ölçüləri də vardır. Və böyük ölçüdə ikitərəfli münasibətləri həm də bu dostluq, qardaşlıq telləri daha da möhkəmləndirir”.
İ.Hüseynov vurğulayıb ki, Rizə aeroportu mühəndis arxitektur həlləri nöqteyi nəzərdən böyük maraq doğurur:
“Bu hava limanı dənizi qurutmaqla inşa edilmişdir və dünyada çox nadir halda bu cür layihələrə rast gəlinir. Layihəhinin xüsusi əhəmiyyət kəsb edən hissəsi Qara dəniz ərazisində mülki və hərbi təyinatlı aeroportun inşa edilməsidir. Hazırda Qara dəniz hövzəsində qlobal mübarizə gedir. Rusiya-Ukrayna müharibəsi bunun əyani göstəricisidir. Çünki bu hava limanı geostrateji əhəmiyyətə malikdir. Açılışda cənab İlham Əliyevin də iştirak etməsi onu göstərir ki, regional nəqliyyat- logistika habına çevrilmək istiqamətində Azərbaycanın səyləri Türkiyə tərəfindən də dəstəklənir. Zəngəzur, Bakı-Tbilisi-Qars dəmir yolu xətləri ilə yanaşı, hava məkanı üzərində də daşımaçılıq planları hər iki dövlətin strateji priritet istiqamətləridir. Gələcəkdə Şərq-Qərb dənizinin önəmli bir parçasına çevrilən Rizə-Artvin Hava Limanı həm də Azərbaycan-Türkiyə arasında iqtisadi dövriyyədə mühüm bir elementə çevrilə bilər. Bu baxımdan Türkiyə-Azərbaycan arasında bütün strateji hədəflərinn uyğunluq təşkil etməsi, regional təhlükəsizlik baxımından maraqların praqmatik əsaslarla eyniləşdirilməsi strateji məqsədlər sırasındadır”.
Aynurə Pənahqızı Demokrat.az


