“Son vaxtlar kirayə mənzil bazarında aktivlik var”.
Bunu Demokrat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyib. Ekspert kirayə mənzil bazarında bahalaşmanın bir çox səbəblərlə bağlı olduğunu vurğulayıb:
“Deyərdim ki, son zamanlar həm Rusiya, həm də Ukraynada olan soydaşlarımız tək kirayə mənzil ilə deyil, həm də mənzil almaqla maraqlanır. Şəhərin müxtəlif yerlərində köhnə binaların sökülməsi, yenilərin tam olaraq istismara hələ verilməməsi və gənc ailələrə olan tələbatın yüksək olması səbəbindən xüsusilə Bakıda mənzillərə böyük ehtiyac yaradıb. Xatırladım ki, pandemiya olmamışdım öncə hər il təxminən 65-80 min ailə qurulurdu, amma tikilən evlərin sayı ona uyğun deyildi. İldən-ilə gənclərin mənzillərə olan tələblərinin artması, həmçinin paytaxtın özündə sökütnü işlərnin aparıılması nəticəsində həmin ailələr də kirayə mənzillərə üz tuturlar”.

“Bundan başqa digər xidmət sahələrində də qiymətlərin artımı kirayə mənzil bazarına da təsirsiz ötüşmür. Əgər əvvəllər bir otaqlı mənzili 250 manata kirayələmək mümkün idisə, bu gün köhnə binalarda bir otaqlı mənzilin kirayəsinin minimum qiyməti 300 manatdır. Şəhərin mərkəzində isə daha yuxarıdır”.
Ekspertin sözlərinə görə, pandemiyadan əvvəl kirayə mənzil bazarında stabilləşmə, hətta biraz qiymət aşağı düşməsi müşahidə olunurdu: “Artıq pandemiyadan sonrakı yumşalmalar, yəni təhsilin ənənəvi formasının bərpa olunması kirayə mənzilinə təsir göstərdi. Düzdür, bu sahədə yay aylarında müvəqqəti stabilləşmə olacaq. Çünki, həmişə olduğu kimi tələbələr evləri boşaldırlar. Hardasa ola bilər ki, 300 manatlıq mənzillər 50 manat civarında aşağı düşə bilər. Amma sentyabr ayında qiymətlərin yenidən artacağı gözləniləndir”.
Aynurə Pənahqızı Demokrat.az


