Gündəm Özəl

Politoloq: “Geopolitik prosesin əsasını qoyan məhz Azərbaycanla Türkiyədir"

Politoloq: “Geopolitik prosesin əsasını qoyan məhz Azərbaycanla Türkiyədir

“Türkiyə-Azərbaycan mütəffiqliyi təbii ki, İkinci Qarbağ müharibəsibndən sonra regionda yeni bir siyasi nizamın formalaşmasına xidmət edir”.

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Politoloqun sözlərinə görə, bu, Avrasiya məkanında geopolitik bir prosesin başlanğıcı idi:

“Bu geopolitik prosesin əsasını qoyan məhz Azərbaycanla Türkiyədir. Ümumiyyətlə, dövlət başçısı İlham Əliyevin Türkiyəyə səfəri və növbəti mərhələdə Türkiyə prezidentinin Azərbaycana səfəri gözlənilir. Bu qarşılıqlı səfərlər iki qardaş ölkənin yeni dünya nizamında yeni çağırışlara birgə fəaliyyət konsepsiyasının tərkib hissəsidir. Bununla mesaj verirlər ki, Cənubi Qafqazda sülh və təhlükəsizlik Türkiyə ilə Azərbaycan birliyinin nəticəsində mümkün olacaq. Regionun geosiyasi, geostrateji balansının formalaşması məhz qarşılıqlı səfər əhəmiyyətindən çox asılıdır. Bu səfərdə əldə olunan razılaşmalar deməyə əsas verir ki, artıq Cənubi Qafqazda regional müstəvidə Azərbaycanın da xüsusi əhəmiyyəti artır. Həmçinin, Türkiyə Azərbaycan üçün nə qədər əhəmiyyətli ölkədir”.

Politoloq: “Geopolitik prosesin əsasını qoyan məhz Azərbaycanla Türkiyədir

M.Əsədullazadə əlavə edib ki, prezidentlərin beynəlxalq Rize aeroportunun birlikdə açılışında iştirakı rəmzi məna daşıyır:

Çünki, bu aeroport Qara dəniz, həmçinin Cənubi Qafqaz platformasında hava məkanın genişləndirilməsinə, iqtisadi, siyasi, hərbi əlaqələrin möhkəmləndirilməsinə xidmət edəcək. Məhz prezidentlərin də iştirakı bu birlik çərçivəsidnə öz töhfəsini verəcəyinin göstəricisidir. Ümumiyyətlə, regionda Ermənistanla Azərbaycan arasında sülhün təmin olunması istiqamətində Türkiyənin atdığı addımlar, iki dövlət başçısı arasında əldə olunan razılaşmalar və Türkiyənin bu istiqamətdə, xüsusilə Ermənistan-Azərbaycan arasında əlaqələrinə mühüm töhfə verməsi görünür. Bu, həmçinin regionun geopolitik siyasətinin nəticəsidir və Azərbaycan bu prosesin içindədir”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az