Xəbər verdiyimiz kimi, 25 ölkənin qatıldığı İtaliyanın Turin şəhərində keçirilən “Avroviziya 2022” mahnı müsabiqəsinin müsabiqəsinin finalında səsvermənin nəticələri açıqlanıb.
Demokrat.azxəbər verir ki, səsvermədə iştirak edən 40 ölkədən 19-u Azərbaycana müxtəlif xallar verib. Azərbaycanı təmsil edən mahnı 106 səs toplayıb. Beləliklə, ölkəmizi “Fade To Black” mahnısı ilə təmsil edən Nadir Rüstəmli müsabiqədə 16-cı yerdə qərar tutub.
Yekunda 631 xal toplayan Ukrayna təmsilçiləri yarışın qalibi olublar. İkinci və üçüncü yerləri müvafiq olaraq 466 və 459 xal toplayan Böyük Britaniya və İspaniya təmsilçiləri tutublar. “İlk beşliy”i İsveç (438) və Serbiya (312) qapadıb
Azərbaycana səs verən ölkələrin siyahısını təqdim edirik: Yunanıstan - 12 xal Serbiya - 12 xal İspaniya - 12 xal Kipr - 10 xal San-Mariono - 7 xal Böyük Britaniya - 7 xal İsveç - 7 xal Almaniya - 6 xal Ukrayna - 5 xal Şimali Makedoniya - 4 xal Estoniya - 3 xal Albaniya - 3 xal Finlandiya - 3 xal Belçika - 3 xal Bolqarıstan - 3 xal Malta - 2 xal Avstraliya - 2 xal Monteneqro - 1 xal Moldova - 1 xal


