İdman

Namik Ələskərovun komandası aşağı liqaya düşdü

Namik Ələskərovun komandası aşağı liqaya düşdü

Azərbaycan millisinin futbolçusu Namik Ələskərov Türkiyənin "Bursaspor" klubunda növbəti oyununu keçirib.

Demokrat.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi səfərdə "Bandırmaspor"a qarşı I Liqanın XXXVII tur matçında iştirak edib.

Qarşılaşma Bursa təmsilçisinin 2:4 hesablı məğlubiyyəti ilə bitib. Görüşə start heyətdə başlayan Ələskərov 63-cü dəqiqədə əvəzlənib.

"Timsahlar" 35 oyuna 41 xalla 16-cı pillədə qərarlaşıb və komandanın sona bir tur qalmış aşağı liqaya düşəcəyi dəqiqləşib.(report.az)

D
demokrat.az