Gündəm Özəl

Ülviyyə Həmzəyeva: “Şuşada təşkil olunan festival reallıqları dünyaya çatdırmaq üçün bir fürsətdir”

Ülviyyə Həmzəyeva: “Şuşada təşkil olunan festival reallıqları dünyaya çatdırmaq üçün bir fürsətdir”

“Şuşada beynəlxalq tədbirlərin keçirilməsi Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında çox önəmlidir”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva deyib. Deputat vurğulayıb ki, Şuşanın rəmzi, təbiətin möcüzəsi olan “Xarıbülbül” adı verilən beynəlxalq musiqi festivalı məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayıb: “Ondan sonra Şuşa şəhərinin işğal olunması ilə festivalın keçirilməsi mümkün olmamışdır. Qeyd edim ki, bu mötəbər tədbir Nazirlər Kabinetinin 2022-ci il 25 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Şuşa ili ilə bağlı Tədbirlər Planı”na əsasən keçirilir. Vətən Müharibəsində qazanılmış parlaq zəfər nəticəsində,yəni 30 illik fasilədən sonra 2021-ci ilin 12-13 may tarixlərində Şuşada Cıdır düzündə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yenidən festival keçirildi. Bu, artıq sayca 10-cu festivaldır. Və keçirilən bu kimi festivalların əhəmiyyəti çox böyükdür. İlk öncə bu festival bütün dünyanının nəzərində və marağındadır”.

Ü.Həmzəyeva qeyd edib ki, 30 illik ayrılıqdan sonra mədəniyyət paytaxtımız olan Şuşada “Xarıbülbül” musiqi festivalının keçirilməsi tarixi əhəmiyyət daşıyır.

Millət vəkili qeyd edib ki, bu tədbir insanların-musiqiçilərin, rəqqasların, xanəndələrin, rəssamların bir sözlə bütün sənət aləminin və təbii ki, siyasətçilərin diqqətini cəlb etməkdədir:

“Əlbəttə ki, hər kəs bu möhtəşəm tədbirdə iştirak etmək istəyir. Bu festival həm də bugünkü reallıqları dünyaya çatdırmaq üçün bir fürsətdir. Gələn qonaqlar 30 il ərzində darmadağın kənd və şəhərlərimizi görəcəklər və tədricən dirçəlmiş Şuşamızı, Qarabağımızı seyr edəcəklər. İlk öncə Ordumuzun, Xalqla hakimiyyətin gücünü hiss edib görəcəklər. Bir daha onu da qeyd edim ki, Prezident İlham Əliyevin göstərişi, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçiriləcək “Xarıbülbül” musiqi festivalı qazanılmış böyük Zəfərin region üçün əhəmiyyətini növbəti dəfə göstərəcək. Mövcud olan yeni reallığı nümayiş etdirəcək və bununla da Azərbaycan xalqının mədəniyyətinə, milli kimliyinə sadiqliyini sübut edəcək”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az