Tanınmış prodüser Təranə Səmədovabu gün polis tərəfindən saxlanılıb.
Bu haqda aparıcı Lalə Azərtaş “Təsir dairəsi” verilişində deyib.
“Efirə gələrkən vəkil Ramil Rüstəmov zəng vurub mənə Təranə Səmədovanın polis tərəfindən saxlanıldığını bildirib. Efir başladığı üçün özü əlaqə saxlaya bilmədim”, - L.Azərtaş deyib.
O, sonradan T.Səmədova ilə danışdığınıvə özünün də məlumatı təsdiqlədiyini bildirib.
T.Səmədovanın 400 manat cərimə ödədikdən sonra sərbəst buraxıldığını qeyd edən aparıcı prodüserin polisə müqavimət göstərdiyi üçünsaxlanıldığını açıqlayıb.
Xatırladaqki,7 aylıq hamilə olan Təranə Səmədova ötən ay da polisə müqavimətə görə saxlanılmış və200 manatcərimə ödədikdən sonra sərbəst buraxılmışdı.
Demokrat.az


