Ukraynanın birinci prezidentiLeonid Kravçukuzun sürən xəstəlikdən sonra bu gün, mayın 10-da vəfat edib.
Demokrat.az bildirir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
“Bu gün, 2022-ci il mayın 10-da, Kiyev vaxtı ilə saat 17:00-da müstəqil Ukraynanın ilk prezidenti Leonid Makaroviç Kravçuk uzun sürən xəstəlikdən sonra vəfat edib”, - məlumatda deyilir.
Xatırladaq ki, 2021-ci il iyunun sonunda Leonid Kravçukun səhhətinin pisləşdiyi məlum olub.Daha sonra Kravçukun Kiyev Ürək Mərkəzində əməliyyat olunduğu məlum olub.
Leyla Demokrat.az


