Azərbaycanın Xalq artisti, tanınmış aktyor Rasim Balayevin səhhəti normaldır.
Bunu saytımıza açıqlamasında R.Balayev özü bildirib.
O qeyd edib ki, bir neçə gün əvvəl mədəsində polip olduğu üçün əməliyyat olunub: “Həkimlər mədəmdəki polipi əməliyyat nəticəsində götürüblər. Xəstəxanada bir gün qaldım. Növbəti gün evə buraxılmağıma icazə verildi. İndi özümü yaxşı hiss edirəm, sadəcə, müəyyən pəhrizi gözləməliyəm.”
Məlik Demokrat.az


