Sosial Özəl

Ekoloq: “Kür çayının bəzi hissələrində suyun səviyyəsi artıb”

Ekoloq: “Kür çayının bəzi hissələrində suyun səviyyəsi artıb”

Artıq bir neçə ay idi ki, Kür çayında suyun səviyyəsi əsasən azalmağa doğru gedirdi. Bu, özünü daha çox Kürün aşağı axınında Salyan və Neftçala rayonları ərazisindən keçən hissəsində büruzə verirdi. Çayda suyun kəskin azalması su nasoslarına da öz təsirini göstərmişdi. Su həddən artıq aşağı olduğundan bəzi su nasoslarının fasiləsiz işləməsində çətinliklər yaranmışdı. Ən pisi isə əkin sahələrinin suvarılması üçün suya olan təlabatın ödənilməməsi idi. Bunun da səbəbi qış dövründə qar ehtiyatının normadan aşağı olması, yağıntının miqdarının az düşməsi ilə bağlı idi. Son günlər rayonlarda intensiv yağışlar müşahidə olunmaqdadır.

Ekoloq Xosrov Musayev Demokrat.az-a açıqlamasında vurğulayıb ki, Kürdə suyun səviyyəsinin aşağı düşməsi son dövrlərin nisbətən quraqlıq olması və yağıntıların miqdarının az düşməsi ilə əlaqədar idi:

"Bilirsiniz ki, bu il qış dövründə qar ehtiyatı normadan aşağı oldu. Həmçinin, son dövrlər yağıntının az olması ilə əlaqədar ölkənin çaylarında azalma müşahidə edilməkdə idi. Əsasən Kür çayının aşağı hissəsində ən aşağı səviyyələr müşahidə olunmaqda idi. Ancaq son günlər rayonlarda intensiv yağışların yağması fikrimcə, Kür çayında suyun səviyyəsinin qalxmasına müsbət təsir edəcək”.

Ekoloq: “Kür çayının bəzi hissələrində suyun səviyyəsi artıb”

Ekoloq yağınıtının indi düşməsinin çox vacib olduğunu vurğuladı:

“Bilirsiniz ki, hazırda kənd təsərrüfatı işləri başlayıb və yağıntının olmaması da kənd təsərrüfatına mənfi təsir göstərirdi. Əkilən məhsulun suvarılmaısnda bir sıra çətinliklər yaranırdı. Düşünürəm ki, bu ayda yağışların yağması həm Kürün səviyyəsinə qalxmasına, həm də pambıq səpininə və digər kənd təsərrüfatı sahələrinə müsbət təsir edəcək”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az