Xəbər verdiyimiz kimi, işğaldan azad olunmuş ərazilərimizdə ilk beynəlxalq yarış baş tutub. Suqovuşan qəsəbəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən “Prezident kuboku-2022” reqatasına start verilib.
Yarışın əhəmiyyətindən danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, bu kimi idman tədbirləri Azərbaycan həqiqətlərinin təbliğində, dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır.
Deputat qeyd edib ki, belə yarışlar erməni vəhşiliyinin ifşasında, qələbəmizin daha da möhkəmlənməsində müstəsna əhəmiyyətə malikdir:

“Hesab edirəm ki, belə bir yarışın keçirilməsinin çox böyük önəmi var. Bu gün biz torpaqlarımızı azad etmişik. Azərbaycan həqiqətlərinin təbliğinə, onun dünya ictimaiyyətinə çatdırılmasına çox böyük ehtiyacımız var. Belə yarışların təşkili hesab edirəm ki, bu baxımdan vacibdir. Təbii ki, bu, həm də bizim ümumi planımıza müsbət təsir edən bir məsələdir. Düşünürəm ki, belə tədbirlərin, konfransların keçirilməsinə həqiqətən də çox ehtiyac var”. Aynurə Pənahqızı Demokrat.az


