Gündəm Özəl

Deputatdan təklif: “Azneft meydanında Nuru Paşanın at belində heykəli ucaldılsın”

Deputatdan təklif: “Azneft meydanında Nuru Paşanın at belində heykəli ucaldılsın”

Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycan hökumətinə Nuru Paşaya Bakıda heykəl qoymağı təklif edib.

Demokrat.azxəbər verir ki,o, bununla bağlı "Facebook"da paylaşım edib. Deputat fikirlərini Türkiyə hökumətinin Ankarada milli istiqlal şairimiz Əhməd Cavada abidə qoyması ilə əsaslandırıb:

”Ankarada istiqlal şairimiz Əhməd Cavada gözəl bir abidə qoyuldu. Tükiyədən Azərbaycana bir qardaşlıq ərməğanıdır bu. Nə qədər gözəl davranış. İndi növbə bizə düşür. Vaxtı deyilmi buna dəyərli bir qardaşlıq addımı ilə cavab verək? Bakıda Azneft Meydanında Azərbaycanın xilaskarı Nuru Paşanın at belində heykəli! Biz Əhməd Cavada sevindiyimiz qədər qardaşlarımız da Türkiyədə sevinərlər. Fəna olmaz, deyilmi? Şuşa Bəyannaməsinin də hər bəndinə tam uyğun”.

Leyla Demokrat.az

D
demokrat.az