Meksikada dəhşətli olay baş verib.
Demokrat.az xəbər verir ki, 62 yaşlı ərinin təzyiqindən bezən 27 yaşlı qadın dəhşətli cinayətə əl atıb. Belə ki, qadın 4 uşağını bıçaqlayaraq öldürüb. Daha sonra özünü öldürmək istəsə də, bunu bacarmayıb.
Evə gələn polis 4 uşağı qanlar içində ölü tapıblar. Qadının hadisə zamanı sərxoş olduğu məlum olub.
Qeyd edək ki, qonşular qadının evindən sürəkli mübahisə və dava-dalaş səslərini gəldiyini bildiriblər.
Polis qadını nəzarət altına alıb.
Malik Demokrat.az


