Gündəm

Deportasiya Qurbanları Cəmiyyəti böyük türkçü Firudin Cəlilovu təbrik etdi

Deportasiya Qurbanları Cəmiyyəti böyük türkçü Firudin Cəlilovu təbrik etdi

Deportasiya Qurbanları Cəmiyyəti İdarə Heyətinin üzvü, türkoloq alim, ziyalı Firudin Cəlilovu 75 illik yubileyi münasibəti ilə təbrik edib. Cəmiyyətin təbrik mətnində bildirilir ki, böyük türkçü alim Firudin Cəlilov fəaliyyətini Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə, dünya ermənizminə qarşı mübarizəyə, türkçülüyə və Azərbaycan elminin inkişafına həsr edən böyük ziyalı,ictimai-siyasi xadimdir. Cəmiyyət qeyd edir ki, Firudin Cəlilovun son 30 illik fəaliyyəti Azərbaycan dövlətinin inkişafına, türk xalqları arasında əlaqələrin intensivləşməsinə və ortaq dilin formalaşmasına, milli dərkə, dünya ermənizmi ilə mübarizəyə, işğal altında olan Qərbi Azərbaycan torpaqlarının unudulmamasına yönəlib: “Biz ötən əsrin sonlarında Milli Azadlıq Hərəkarının liderlərindən olan professor Firudin Cəlilovu 75 illik yubileyi münasibəti ilə təbrik edir, bundan sonra da ona yaradıcılıq nəaliyyətləri, ictimai fəaliyyətində uğurlar arzulayırıq”.

Firudin Cəlilov 1947-ci ilin mayın 6-da doğulub. Türkoloq, filologioya elmləri doktoru, professor Firdun Cəlilov 1992-ci ildə Azərbaycan Respublikası Baş nazirinin müavini, 1992-1993-cü illərdə Azərbaycan Respublikasının təhsili naziri, eyni zamanda Milli Məclisin (Ali Sovet) deputatı və komitə sədri kimi məsuliyyətli vəzifələrdə xalqımızın inkişafı üçün əlindən gələni edib.

Məhz Firdun Cəlilovun təhsil naziri olduğu dövrdə tarixdə ilk dəfə olaraq Azərbaycandan Türkiyə universitetlərinə tələbələr göndərilib.

F.Cəlilov türkologiya sahəsindəki xidmətlərinə görə Atatürkün qurduğu Türk Dil Kurumunun fəxri üzvü seçilib.

75 illik yubileyini qeyd edən Firudin Cəlilovun indiyə qədər 21 kitabı işıq üzü görüb, 5 kitabın ortaq müəllifidir.

Məlik Demokrat.az

D
demokrat.az