Ərazi Tikinti-Planlaşdırma Mərkəzi11 milyon 304 min 853 manatlıq tenderə yekun vurub.
Qlobal.az xəbər verir ki, Mərkəzin tenderi işğaldan azad edilmiş rayonların 22 yaşayış məntəqəsinin layihələndirilməsi lotu üzrə olub.
Tenderdə “Qala Group” MMC, “Bureau Mühit” MMC, “RİM Memarlıq” MMC, “BİMD” MMC və Azərmemarlayihə Dövlət Baş Layihə İnstitutu olub.
Qlobal.az-ın əldə etdiy məlumata görə “Bureau Mühit” MMC-nin rəhbəri Bayramov Toğrul şahin oğlu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanındaİctimai Şuranın üzvüdür.
Xatırladaq ki,Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanununun 13.1-ci maddəsinə görə satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olan malgöndərənlərin (podratçıların) həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol verilmir.
Qeyd edək ki, Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Dövlət Şəhərsalma vəArxitektura Komitəsinintabeliyində fəaliyyət göstərir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədriAnar Quliyevdir. 




