Ermənistan paytaxtı İrəvanda işğalçı Rusiya lideri V.Putinin fətvası, “FSB” generalı Artur Vanetsyanın, eləcə də keçmiş “KQB” inventarları Robert Köçəryan və Serjik Sərkisyanın başçılığı ilə Qarabağ klanının Paşinyan hakimiyyətini devirərək yenidən tam Moskvayönümlü rejim qurmaq məqsədi gedən revanşiszm və faşizm şüarlarıyla dolu etiraz aksiyaları hazırda da davam edir. Demokrat.az xəbər verir ki, erməni mediasının yazdığına görə, bayırdakı çoxminlik etiraz mitinqləri fonunda Ermənistan Milli Assambleyasında hökumət başçısı N.Paşinyanın çıxışı və Rusiyayönümlü müxalifətçilərin yerdən çığır-baır salması zamanı canlı yayım kəsilib. Bəs bundan sonra parlamentin iclas zalında kadrlar arxasında nələr baş verib? Moskvada fəaliyyət göstərən və İrəvan şöbəsi də oradan idarə olunan ermənipərəst “SputnikArmenia” nəşri təqdim etdiyi video-görüntülərin məhz bu məqama aid olduğunu iddia edib. Nəşr yazır ki, baş nazir Paşinyan çıxışında müxalifət deputatlarını qaçmaqda ittiham etsə də, onlar qaçmayıb və kürsüyə yaxınlaşaraq suallarına cavab tələb edib...(moderator.az)


