Gündəm

Elmar Mirsalayev: "Sığorta tariflərinə yenidən baxılması məqsədəuyğundur"

Elmar Mirsalayev: Sığorta tariflərinə yenidən baxılması məqsədəuyğundur

Azərbaycanda icbari sığorta növləri üzrə tariflərə və təminatlara yenidən baxılması məqsədəuyğundur.

Bu barədə"Report"a müsahibəsində "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin İcraçı direktoruElmar Mirsalayevdeyib.

"Hazırda icbari sığortalar üzrə 2011-ci ildə qəbul edilmiş və dövlət tərəfindən təyin olunan tarif və təminatlar istifadə edilir. Həmin ildən bəri milli valyutamız iki dəfə devalvasiyaya uğrayıb. Bunu nəzərə alsaq, həm tariflərə, həm də təminatlara yenidən baxılması məqsədəuyğundur. Lakin bir məqam da var ki, bu sığorta növləri sosial layihə çərçivəsində tətbiq edilir və icbari qaydada bütün vətəndaşlarımıza şamil olunur. Ona görə də burda bir qədər daha peşəkar yanaşılmalı, tarif və təminatlara yenidən baxılması bir neçə istiqamətdən olmalıdır. Təkcə sığorta sektoru üzərindən yanaşma olması düzgün olmaz", - deyə E.Mirsalayev bildirib.

Müsahibəni tam şəkildəburadanoxuya bilərsiniz.

D
demokrat.az