Avropa Komissiyasının sədri Ursula fon der Leyen Rusiyaya qarşı Ukraynaya əsassız hərbi müdaxilə etdiyinə görə sanksiyaların altıncı raundunu elan edib.
Demokrat.az UNİAN-a istinadən xəbər verir ki, bu sanksiyaya mərhələli neft embarqosu təklifi də daxildir. O, bu barədə "Twitter"də yazıb. AK prezidenti bildirib ki, Rusiya ordusunun Buçada törətdiyi vəhşiliklərə görə məsuliyyət daşıyanlar Avropa İttifaqının məhdudiyyətləri altına düşüb: "Bu gün biz altıncı sanksiyalar paketini təqdim edirik. Birincisi, Biz Buçaya hərbi cinayətlər törətmiş yüksək rütbəli hərbçiləri və digər şəxsləri gətirdik. Biz sizin kim olduğunuzu bilirik. Və siz cavabdehlik daşıyacaqsınız", - Ursula fon der Leyen qeyd edib.
Zamiq Demokrat.azToday we are presenting the sixth package of sanctions.
— Ursula von der Leyen (@vonderleyen) May 4, 2022
First, we are listing high-ranking military officers and other individuals who committed war crimes in Bucha.
We know who you are.
And you will be held accountable. pic.twitter.com/WO2S8ly0qw


