Gündəm Özəl

Rusiya Lvov vilayətinə raket zərbələri endirdi

Rusiya Lvov vilayətinə raket zərbələri endirdi

Rusiya hərbçiləri Lvov vilayəti ərazisinə raket zərbələri endirib.

Demokrat.az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Lvov vilayətinin hərbi administrasiyasının rəhbəri Maksım Kozitski teleqramında məlumat verib.

"İlkin məlumatlara görə,raket zərbələriLvov vilayətinə endirilib", - OVA rəhbəri yazıb.

Bundan əlavə, Lvov meri Andriy Sadovy Facebook-da yazıb ki, partlayış səsləri vilayət mərkəzində eşidilib.

O əlavə edib ki, şəhərin bir hissəsində elektrik enerjisi kəsilib.

Mayın 3-ü axşam saatlarında Ukraynanın əksər vilayətlərində hava həyəcan siqnalı verilib.

Leyla Demokrat.az

D
demokrat.az