Müasir zamanda əksər insanlar evində heyvan saxlayırlar. Daha çox it, pişik, quş, dovşan saxlamağa üstünlük verirlər. Ev heyvanlarımızın xəstələnməsi onların özlərindən əlavə, həm də ev sakinləri üçün təhlükəlidir. Bəs görəsən evdə saxladığımız heyvanın xəstə olduğunu necə bilmək olar?
Müsahibimiz Elnarə Cəbiyeva Demokrat.az-a açıqlamasında bildirib ki, o uşaqlıqdan ev heyvanları saxladığı üçün onların xəstə olduğunu da tez başa düşür:

“Uşaq olarkən mənim “popuqay”larım var idi, indi balıqlarım var. Bu pişiyin adı Qarfielddir. İkinci ildir ki, onunla birlikdəyik. Mən bu pişiyi çoxdan saxladığım üçün və onları sevdiyim üçün onların xəstə olduğunu da tez başa düşürəm. Yemək yeməyəndə, su içməyəndə, aktiv olmayanda bilirəm ki, xəstədir. Basa düsürəm ki, həkimə getmək lazımdır. Özüm bacardığım üçün ilk növbədə qızdırmasını ölçürəm, sonra həkimə müraciət edirəm. Pişiklərdə hərdən stress olur, belə situatsiyalarda narahat olmağa ehtiyac yoxdur”.
Baytar həkim Svetlana Məmmədova xəstə heyvana ev şəraitində tibbi yardım göstərməklə bağlı məsləhətlərini Demokrat.az-a açıqlayıb:

“İlk növbədə heyvanın temperaturunu ölçmək lazımdır. Bütün heyvanlarda temperaturun ölçülməsi rektal şəkildə olur- düz bağırsaqdan. Məsələn, temperaturunu ölçürlər, əgər it-pişikdə temperatur 39 dərəcədən yuxarıdırsa, təcili tədbir görmək lazımdır. Çünki temperatur olan heyvan yeməkdən tam imtina edə bilər, titrəmələr, halsızlıq ola bilər. İqlimin dəyişməsi ilə əlaqədar çöl parazitlərinin oyanması ilə əlaqədar ev heyvanlarında xəstəlik yaranır, baxırsız ki, bir çox heyvanlar yüksək qızdırma ilə gəlir. Bilirsiz ki, gənələr heyvanı dişləyərkən, xüsusilə itləri, gənələrin dişləyindən sonra babizyoz və s. xəstəliklər törənir. Bunlar qan parazitləridir, yəni, heyvanı dişləyəndə qana bu toksini salır və heyvanın bədənində ümumi xəstəlik gedir”.
Svetlana Məmmədova həmçinin onu da bildirib ki, ev parazit xəstəliklərə yoluxmasının qarşısını almaq üçün onları vaxtlı-vaxtında çimizdirmək, tüklərini azaltmaq lazımdır.
Gülçin Qorxmaz Demokrat.az


