Gündəm Özəl

“Hazırda proseslər sülh müqaviləsinə doğru gedir” — ŞƏRH

“Hazırda proseslər sülh müqaviləsinə doğru gedir” — ŞƏRH

Mayın 1-i saat 13:40-dan 17:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonu istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərini qumbaraatan və pulemyotlardan fasilələrlə atəşə tutub. Bəs, sülh danışıqlarının getdiyi belə bir məqamda Ermənistan hökumətinin əsas məqsədi nədir?

Mövzunu Demokrat.az-a şərh edən beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəylinin sözlərinə görə, baş verən sərhəddəki proseslər Ermənistandakı siyasi proseslərlə bağlıdır.

“Hazırda proseslər sülh müqaviləsinə doğru gedir” — ŞƏRH

“Çünki günlərdir müxalifət mitinq edir və bu da onun tərkib hissəsidir. Fikrimcə, Paşinyan bu faktordan istifadə edib ölkədəki müxalifətə ciddi zərbə endirəcək. Hələki biz qarşıdakı günlərdə, sülh danışıqlarının getdiyi bir dönəmdə bu prosesin şahidi çox olacağıq. Baş verən proseslər Rusiya və yaxud digər məsələlər heç də əhəmiyyətli deyil. Ən vacib məqam odur ki, bu məsələdə kütlənin narazılıqlarını dəf edəcək adam da Paşinyandır. Bu mənada ordunun da ona qarşı çıxışını, o cümlədən də müxalifətin çıxışını bu məsələlərdən istifadə edib zərərsizləşdirəcək. Hazırda proseslər sülh müqaviləsinə doğru gedir“.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az