Dünya

Ərdoğanın sözçüsü Kiyevdə Zelenski ilə görüşdü

Ərdoğanın sözçüsü Kiyevdə Zelenski ilə görüşdü

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Kiyevə səfər edib.

Demokrat.az xəbər verir ki, İ.Kalın Ukraynada ölkə prezidenti Volodimir Zelenski ilə görüşüb.

Görüşdən sonra Türkiyə rəsmisi mətbuata açıqlamasında səfərin məqsədinin ikitərəfli əlaqələri müzakirə etmək və münaqişənin həllinə kömək göstərmək olduğunu bildirib.

Qeyd edək ki, Ukraynaya səfər zamanı Kalını Türkiyənin xarici işlər nazirinin müavini müşayiət edib.

D
demokrat.az