Gündəm

““Yaşma”nın adı “Bayraktar”ın səsi kimi bir şeydir, düşmən onda səngərini qoyub qaçır...”

““Yaşma”nın adı “Bayraktar”ın səsi kimi bir şeydir, düşmən onda səngərini qoyub qaçır...”

“Xüsusi Təyinatlı Qüvvələrin yaranması çox vacib bir məsələ idi ki, vaxtilə Ulu Öndər Heydər Əliyev onları yaratdı. Orda çox ciddi şəkildə seçimlər oldu. Məsələn, əlli nəfər adamın içindən iki nəfər adam seçildi. O hərbçilər hamısı seçilmiş adamlardır. Onlar da 44 günlük Vətən müharibəsində əvvəldən axıra qədər öndə oldular, şəhid verdilər. Amma Şuşaya da bayrağımızı sancım, işğal olunmuş ərazilərimizi azad etdilər” Bunu Moderator.az-a açıqlamasında millət vəkili, yazıçı Aqil Abbas Xüsusi Təyinatlı Qüvvələrin yaranması haqda danışarkən bildirib. A.Abbas bu münasibətlə hərbçilərimizi təbrik edib: “Bu böyük bir qüvvədir. Bu gün onların yubileyləridir, təbrik edirəm. Hikmət Mirzəyev öz əsgər və zabitləriylə bir yerdə hamının sevimlisi, əzizidir. Onlardan ayrılmır, daim bir yerdə olub. Müharibə vaxtı da bir yerdə idi. Arxa cəbhədə durub irəli demirdi, ardımca deyirdi. Onlar da istədiklərinə nail oldular, düşməni darmadağın etdilər. Bu gün də Prezident onları təbrik edir. Mən də sevinirəm. Hikmət Mirzəyevi və onun bütün xüsusi təyinatlılarını təbrik edirəm. Allah bir də müharibə göstərməsin. Amma ermənilər özlərinə qoyulmazsa, cavablarını həm əsgərlərimiz, həm də xüsusi təyinatlılarımız yerində verəcək. “Yaşma”nın adı “Bayraktar”ın səsi kimi bir şeydir. Necə “Bayraktar”ın səsi gələndə ermənilər maşınlardan düşüb qaçırdılar, “Yaşma”nın da adı gələndə səngərlərini qoyub qaçırdılar. Çünki hamısı canavardı, qurddu”. Qeyd edək ki, bu gün Xüsusi Təyinatlı Qüvvələrin yaranması günüdür. Xüsusi Təyinatlı Qüvvələr 1999-cu il aprelin 30-da yaradılıb.

D
demokrat.az