Dünya Özəl

Ağ Ev amerikalıları Ukraynaya səfər etməməyə çağırdı

Ağ Ev amerikalıları Ukraynaya səfər etməməyə çağırdı

ABŞ Amerika vətəndaşlarını Ukraynaya getməməyə və orada hərbi əməliyyatlarda iştirak etməməyə çağırır.

Demokrat.azTASS-a istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki özəl hərbi şirkətdə xidmət edən amerikalı muzdlu Uilli Cozef Kanselin ölümünü şərh edərkən deyib.

"Bilirik ki, insanlar kömək etmək istəyirlər, ancaq biz amerikalıları Ukraynaya gedib orada döyüşməkdənsə, bunun üçün başqa yollar tapmağa çağırırıq. Bura döyüş zonasıdır", - Paski deyib.

"Artıq bir neçə aydır ki, bizim məsləhətimiz ondan ibarətdir ki, amerikalılar heç bir səbəbdən Ukraynaya getməsinlər", – Paski əlavə edib.

Leyla Demokrat.az

D
demokrat.az