Gündəm Özəl

Əli Kərimlinin Elçibəyə qarşı daha bir xəyanəti üzə çıxdı — Tofiq Yaqubludan ŞOK AÇIQLAMA

Əli Kərimlinin Elçibəyə qarşı daha bir xəyanəti üzə çıxdı — Tofiq Yaqubludan ŞOK AÇIQLAMA

Müxalifət daxilində ənənəvi qarşıdurmanın yeni detalları üzə çıxıb. Müsavat partiyasının üzvü, eyni zamanda, Milli Şurada təmsil olunan Tofiq Yaqublunun yayılan səs yazısı Əli Kərimli-Gültəkin Hacıbəyli cəbhəsi ilə Yaqublu cəbhəsi arasında toqquşmanın yaşandığını göstərir.

T.Yaqublu məlum səs yazısında kiməsə şikayət edir ki, Əli Kərimli və Gültəkin Hacıbəyli Müsavatın tarixini təftiş edirlər. Əlavə edir ki, Əli Kərimli Elçibəyi satmış adamdır, onun “Müsavat”ı ittiham etməyə haqqı yoxdur.

Əli Kərimlinin Elçibəyə qarşı daha bir xəyanəti üzə çıxdı — Tofiq Yaqubludan ŞOK AÇIQLAMA
“Müsavat”ın tarixini təftiş edir ki, filan tarixdə İsa Qəmbər belə elədi, arxamızdan bıçaq sancdılar. Əli Kərimli Elçibəy hakimiyyətinin devrilməsinin, onun impiçmentinin qərar layihəsini hazırlamış adamdır, “Müsavat”ın tarixini təftiş edir. Və yaxud Gültəkin xanım (red.Gültəkin Hacıbəyli) “Müsavat” belə, elə.. ironiya, kinayə. Ay Gültəkin xanım, sənə heç kim heç nə demir axı. Siz indiki bu halda niyə köhnə şeyləri qabardırsınız”, - Yaqublu belə deyir.
Əli Kərimlinin Elçibəyə qarşı daha bir xəyanəti üzə çıxdı — Tofiq Yaqubludan ŞOK AÇIQLAMA
Bu səs yazısı hər şeydən öncə müxalifətin ictimaiyyətə nümayiş etdirdiyi “birlik” obrazının sabun köpüyündən başqa bir şey olmadığını təsdiqləyir.

Əslində, Azərbaycan müxalifəti və qarşıdurma daim yanaşı olan məsələdir. 30 ilə qədərdir müxalifət kürsüsünü zəbt edən bu adamlar daim bir-birinə qarşı ittihamlar səsləndirir, bir-birini təhqir edir, hətta söyür də. Bu kimi açıq qarşıdurmalar adətən siyasi proseslərin qızğın dövründə, xüsusilə seçkilər zamanı gündəmə gəlir. Seçkidən-seçkiyə göbələk kimi peyda olan bu qüvvələr başqa dövrlərdə adətən sosial şəbəkələrdə blogerlik fəaliyyətindən başqa bir şey etmirlər. Lakin Tofiq Yaqublunun söylədikləri sübut edir ki, qarşıdurma təkcə qızğın siyasi proseslər dövründə yox, bütün vaxtlarda davam edir.

Əli Kərimlinin Elçibəyə qarşı daha bir xəyanəti üzə çıxdı — Tofiq Yaqubludan ŞOK AÇIQLAMA
Bununla yanaşı, Yaqublunun sözləri Milli Şurada təmsil olunanların bir-birinə olan gerçək münasibətini də ortaya qoymuş oldu. Açıqlamadan bəlli olur ki, Əli Kərimli İsa Qəmbəri, ümumilikdə “Müsavat”ı xain adlandırır, Gültəkin Hacıbəyli isə yumşaq desək, məzələnir. Tofiq Yaqublu da öz növbəsində eyni “dam altında” olduğu adamları xainlikdə, qeyri-ciddilikdə ittiham edir. Hərçənd, bütün bunlar həm də onların siyasi səviyyəsini də ortaya çıxarır.

Tofiq Yaqublunun açıqlamasında diqqətçəkən xüsusi məqamlardan biri isə Əli Kərimlinin Elçibəyə qarşı xəyanətinin yeni nüanslarının ortaya çıxmasıdır. Əli Kərimlinin Elçibəyə qarşı fəaliyyəti, hətta etik çərçivəyə sığmayan addımları hər kəsə yaxşı məlumdur, lakin Yaqublu bildirir ki, AXCP sədri həm də Elçibəyin impiçment qərarının layihəsini hazırlayıbmış. Bu maraqlı məqamdır və AXCP sədri buna aydınlıq gətirməlidir.

Əli Kərimlinin Elçibəyə qarşı daha bir xəyanəti üzə çıxdı — Tofiq Yaqubludan ŞOK AÇIQLAMA
Əli Kərimlinin məsələyə münasibət bildirəcəyi, yaxud gerçəkləri etiraf edəcəyi inandırıcı deyil. Çünki o, yenə ən yaxşı bacardığı işi edəcək, yəni yalan danışacaq və yalanını bəzəyəcək. Bu baxımdan, vaxtilə Azərbaycan Xalq Cəbhəsi Partiyasında təmsil olunan şəxslərin bu məsələni aydınlaşdırmasına ehtiyac var.

Vaqif Hüseynli Demokrat.az

D
demokrat.az