"Ukrayna düzgün silahlarla təmin olunarsa, müharibədə qalib gələ bilər"
Demokrat.az "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Lloyd Ostin danışıb:
"Dövlət katibi Entoni Blinken və mən Ukrayna hökumətinə, Ukrayna xalqına dəstəyimizi birbaşa nümayiş etdirmək üçün dünən Kiyevə səfər etdik”, - deyə Pentaqon rəhbəri bildirib.
Nazirlər Ukrayna xalqının göstərdiyi qəhrəmanlıqlara heyran olublar:
"Cəbhə xəttindəki əsgərlərdən tutmuş yaralıları müalicə edənlərə, hətta Rusiyanın təcavüzünə müqavimət göstərən üsyankar nənələrə qədər - onların cəsarəti bütün dünyanı ruhlandırıb", - Ostin vurğulayıb.
Pentaqon rəhbəri bəyan edib:
"Biz inanırıq ki, Ukrayna düzgün silahlara və düzgün dəstəyə malik olarsa, qalib gələ bilər".
Nazir bildirib ki, ABŞ ukraynalıların ehtiyac duyduqları silahları mümkün qədər tez alması üçün əlindən gələni etməyə davam edəcək.
Leyla Demokrat.az


