Gündəm Özəl

Avropa Komissiyası Rusiyaya qarşı altıncı sanksiyalar paketini gözləyir

Avropa Komissiyası Rusiyaya qarşı altıncı sanksiyalar paketini gözləyir

Avropa Komissiyasının vitse-prezidenti Vera Yurova Rusiyaya qarşı sanksiyaların altıncı mərhələsinin bu həftə tətbiq olunacağını bildirib.

Demokrat.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, vitse-prezidentin məlumatında deyilir:

"Bu həftə altıncı paketin elanını gözləyirik. Bu, üzv ölkələrlə danışıqların ən yaxşı nəticəsinin əldə edilməsindən asılıdır. Komissiya üçün ən yaxşı nəticə ən sərt sanksiyalardır.Rusiya neftinin idxalına qadağa qoyulması ilə bağlı müzakirələr ən əhəmiyyətlisidir.Polşa və Baltikyanı ölkələr ümumi enerji embarqosunu təşviq edir, bir sıra digər ölkələr isə iqtisadi əsaslarla, xüsusilə Almaniya, Macarıstan və Avstriya bu addıma qarşı çıxır. Əvvəllər Rusiya qazının tədarükünün dərhal dayandırılmasına qarşı çıxan İtaliya indi qazın qiymətinə məhdudiyyət qoyulmasını tələb edir. Aİ ölkələri enerji idxalına qoyulan embarqodan əlavə, hazırda Rusiyanın ən böyük bankı olan Sberbank-a qarşı sanksiyaları müzakirə edirlər. Aİ artıq Rusiyaya qarşı beş raund sanksiya tətbiq edib, o cümlədən Rusiyadan kömür idxalına embarqo qoyulub.

Leyla Demokrat.az

D
demokrat.az