Zaporojye vilayətinin iki icmasının - Novouspenovskaya və Kirillovskayanın başçıları rus işğalçılarının əsirliyindən azad edilib.
Demokrat.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko Telegram-da məlumat verib: "Novouspenovski kənd sovetinin sədri İvan Senik aprelin 13-də vətənpərvər mövqeyinə və hətta işğal altında olsa da, cəmiyyətin maraqları naminə fədakar fəaliyyətinə görə rus işğalçıları tərəfindən əsir götürülmüşdü”.
Kiyev meri əlavə edib ki, Kirillovski kənd sovetinin sədri İvan Maleyev işğalçıların əməkdaşlıqla bağlı təklifini rədd etdikdən sonra aprelin 17-də rus hərbçiləri tərəfindən iş yerindən qaçırılıb.
Kliçkonun sözlərinə görə, daha səkkiz Ukrayna meri işğalçılar tərəfindən əsirlikdə qalmaqda davam edir, onların taleyi naməlum olaraq qalır.(visiontv.az)


