Fransa Ukraynaya öz istehsalı olan "SEZAR" özüyeriyən artilleriya qurğuları göndərəcək.
Demokrat.az xəbər verir ki, bu barədə Fransanın “Ouest-France” nəşrinə müsahibəsində Fransa prezidenti Makron bildirib.
Ukraynanın Almaniya və Fransadan kifayət qədər silah tədarükünün olmadığı ilə bağlı narazılığını şərh edən Makron cavab verib ki, Paris "Milan" tank əleyhinə sistemlərdən tutmuş "SEZAR"-a qədər əhəmiyyətli miqdarda hərbi avadanlıq tədarük edir.
Jurnalistlərin əldə etdiyi məlumata görə Ukraynanın 12 ədəd "SEZAR" alacağı bildirir. Mənbələr əlavə edib ki, silahların Ukraynaya təhvil verilməsi "tam sürətlə gedir" və yeni özüyeriyən artileritya qurğuları "mayın əvvəlində" döyüş meydanında peyda olacaq.
Bundan əlavə, 40-a yaxın ukraynalı hərbçi bu silahlarla işləmək üçün Fransaya təlimə gələcək.(visiontv.az)


