Gündəm Özəl

“Məktəblərdə “Mənəviyyat” adı altında bir fənn tədris olunsun” — TƏKLİF

“Məktəblərdə “Mənəviyyat” adı altında bir fənn tədris olunsun” — TƏKLİF

“Məktəblərdə şagirdlərin mənəvi aləmini formalaşdıracaq heç bir dərs tədris olunmur”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında məktəb psixoloqu Famil Səfərov son illər məktəblərdə şagirdlər arasında baş verən xoşagəlməz halları şərh edərkən deyib.

Psixoloq şagirdlərin mənəvi aləmini formalaşdıracaq bütün fənlərin proqramdan çıxarılmasını yaxşı hal olmadığını vurğulayıb:

“Məktəblərdə “Mənəviyyat” adı altında bir fənn tədris olunsun” — TƏKLİF

“Təhsilin başında duranlar sanki onların bir insan olduğunu, məktəb dövründə ən çətin böhran yaş mərhələlərini keçirdiklərini ya unudublar, ya da elə bilərəkdən uşaqlar taleyin ümidinə buraxılıb. Düşünürəm, son illərdə şagirdlərin idarəolunmaz hala gəlməsi, məktəblərdə baş verən saysız-hesabsız zorakılıq halları elə təlim-tərbiyə işində buraxılan bu kobud səhvlərin nəticəsidir ki, bir bumeranq effekti ilə özünü biruzə verir. Hələ bir il əvvəl bu barədə Parlamentdə “Azərbaycanda Ümumtəhsil məktəblərdə dinin tədris olunması" ilə bağlı müzakirələrə münasibət bildirərkən demişdim. Ümumiyyətlə, bir təcrübəli təhsil psixoloqu kimi illərdir şagirdlərin mənəvi aləmini formalaşdıracaq bütün fənlərin proqramdan çıxarılmasını yaxşı hal hesab etmirəm. Bunun acı nəticələri kimi, məktəblərdə son illərdə baş verən hadisələr təhsil yetkililərini artıq çoxdan narahat etməli idi. İndi də bu boşluğu dünyəvi elmlərlə doldurmaq əvəzinə, təkcə dini biliklərlə doldurmaq qərarı məncə səhv addımdır. Əlbəttə, yaxşı olardı ki, məktəbdə "Mənəviyyat" adı altında bir fənn tədris olunsun. Bu fənnə əxlaq, etika, estetika, cinsi tərbiyə, ailə və nigah, cəmiyyətin sosial həyatı, insan hüquqları və psixoloji biliklərə dair mövzularla yanaşı, dini mövzular da salına bilər".

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az