Əfqanıstandakı “Taliban” rejimi ali təhsil ocaqlarında dərs həftəsini yarıya bölmək qərarına gəlib.
Belə ki, Təhsil Nazirliyi əfqanların universitetlərdə dərslərə qatılması planını təqdim edib. Plana əsasən, hər iki cinsdən olan tələbələr həftədə cəmi üç gün universitetdə təhsil alacaqlar.
“Qızlar bazar ertəsi, çərşənbə və şənbə günləri, oğlanlar isə çərşənbə axşamı, cümə axşamı və bazar günləri mühazirə dinləyəcəklər”, - deyə məlumatda bildirilir.
Rza Demokrat.az


