Aprelin 24-də Rusiya insanları Mariupoldan təxliyə etmək üçün atəşkəs rejimini tətbiq etməkdən imtina edib.
Demokrat.az "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə ukraynalı nazir İrina Vereşçuk bildirib.
“Biz humanitar dəhliz aça bilmədik, Rusiya atəşkəs zəmanətini təsdiq etməyib, ona görə də sabah cəhd edəcəyik”, - deyə Vereşçuk insanların bu gün Mariupoldan təxliyə edilib-edilməməsi ilə bağlı sualı cavablandırıb.
Hazırda mühasirəyə alınmış Mariupolda 120 minə yaxın mülki şəxs qalır.
Ruslar Mariupol sakinlərinin Ukrayna pasportlarını müsadirə edərək zorla Rusiyaya aparırlar.
Leyla Demokrat.az


