Gündəm

Çavuşoğlu Baydeni bu bəyanata görə tənqid etdi

Çavuşoğlu Baydeni bu bəyanata görə tənqid etdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ prezidenti Cozef Baydenin 1915-ci ildə Osmanlı dövlətində baş verən hadisələrlə bağlı bəyanatına görə tənqid edib.

Demokrat.azxəbər verir ki, bu barədə Çavuşoğlu tviterdə yazıb.

“Bəzi Qərb liderləri son günlər “soyqırım” sözünün yalnız məhkəmə qərarından sonra istifadə oluna biləcəyini iddia edirlər. Bu doğrudur! Lakin həmin şəxslərin siyasi motivləri rəhbər tutaraq 1915-ci il hadisələri ilə bağlı məhkəmə qərarı olmadan “soyqırım” sözünü işlətməsi onların ikiüzlülüyünün ən bariz nümunəsidir”, – Çavuşoğlu bildirib.

Demokrat.az

D
demokrat.az