Gündəm Özəl

Ukrayna Prezidenti:"İtaliya həm siyasi, həm də silahla Ukraynanı dəstəkləyir"

Ukrayna Prezidenti:İtaliya həm siyasi, həm də silahla Ukraynanı dəstəkləyir

" Ukrayna ilə İtaliya arasında münasibətlər daha da sıx olub. Roma Kiyevi həm siyasi, həm də silahla dəstəkləyir."

Demokrat.az Ukrayna mətbuatına istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimr Zelenski keçirdiyi konfransda deyib.

“İtaliya müharibə əleyhinə koalisiyaya qoşulub.Baş nazir Mario Draqinin güclü dəstəyini hiss edirəm. Ona minnətdaram.Ukrayna ilə İtaliya arasında münasibətlər belə çətin bir zamanda dəyişib.Onlar gözəl idilər, indi isə obyektivdirlər.İtaliya bizi dəstəkləyir, həm siyasi, həm də silahla.Bu haqda danışmaqdan qorxmuram.Mən İtaliyaya, İtaliya xalqına, Baş nazirə minnətdaram”, - deyə prezident bildirib.

Leyla Demokrat.az

D
demokrat.az