MüasirMüsavat Partiyasının sədri: “Maskaya görə yazılan cərimələri həll edə bilərlər. Bu elə də böyük məsələ deyil”.
Xəbər verdiyimiz kimiNazirlər Kabinetinin Qərarına əsasən xüsusi karantin rejimində bəzi məhdudiyyətlər aradan qaldırılıb. Mayın 1-dən etibarən isə maska taxmaq ləğv edildi. Bəllidir ki, maskaya görə cərimə olunanların yarıdan çoxu sosial vəziyyəti yaxşı olmayan vətəndaşlardır.
Bəs maskaya görə cərimə olunan vətəndaşların cərimələri silinməlidirmi?
MövzunuPİA.az-ın əməkdaşı MüasirMüsavat Partiyasının sədriHafiz Hacıyevilə müzakirə edib.
Hafiz Hacıyev: “Düşünürəm ki, cənabPrezidentcərimələrin silinməsi ilə bağlı addım atacaq”.
Onsuz da cərimələri çox vətəndaşların ödəmədiklərini vurğulayan partiya sədri bildirib ki, onların sosial vəziyyəti cərimə ödəmələrinə imkan vermir:
“İlk növbədə onu qeyd edim ki, koronavirusa görə bəzi məhdudiyyətlərin aradan qaldırılması müsbət addımdır. Tək ölkəmiz deyil, dünya bu bəladan tamamilə qurtarsa, çox yaxşı olardı. Çünki bu bəlaya görə insanların yaşayış səviyyəsi çox aşağı düşdü. Çox iş yerləri bağlandı. Bu azmış kimi də cərimələr tətbiq edildi. Bu vaxta qədər tətbiq olunan cərimələrə görə əhali arasında öz narazılıqlarını bildirənlər çox oldu.
İndi də qapalı məkanlarda maska taxmaq məcburiyyəti ləğv edildi. Düşünürəm ki, maskaya görə yazılan cərimələr də silinməlidir. Əgər bu addım atılsa, bu əhali arasında çox böyük humanist addım kimi qiymətləndirilər.Prezidenthumanist adamdır. Buna görə də hesab edirəm ki,Prezidentölkədəki vəziyyəti, xalqın bəzi hissəsinin vəziyyətinin ağır durumda olmasını, əhalinin o cərimələri verə bilməməsini nəzərə alacaq.
Hafiz Hacıyev: “Əgər bu məsələni cənabPrezidentə çatdırsalar, o bu yöndə xeyirxah addım atacaq”.
Maskaya görə yazılan cərimələri həll edə bilərlər. Bu elə də böyük məsələ deyil. Çünki bu cərimələr elə də böyük məbləğ olmaz. Ola bilər ki, bu cərimələr 2 milyon olsun. Bu məbləği də dövlət silə bilər. Düşünürəm ki, əgər bu məsələni cənabPrezidentə çatdırsalar, o bu yöndə xeyirxah addım atacaq.
Onsuz da cərimələri çox vətəndaşlar ödəmirlər. Yəni onların sosial vəziyyəti imkan vermir ki, onlar cərimə ödəsinlər. Buna görəPrezidentbu addımı atsa, yüksək səviyyədə xalqın alqışına səbəb olacaq. Hər bir halda düşünürəm ki, cənabPrezidentcərimələrin silinməsi ilə bağlı addım atacaq”.


