Gündəm Özəl

“Rusiya münaqişənin həllində maraqlı deyil” — Partiya sədri

“Rusiya münaqişənin həllində maraqlı deyil” — Partiya sədri

“Rusiya Cənubi Qafqazda öz mövcudluğunu saxlamaq istəyir”.

Bunu Demokrat.az-a açıqlamasında Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev deyib. O qeyd edib ki, Rusiya Azərbaycan-Ermənistan münaqişəsinin həllində maraqlı deyil:

“Hər zaman olduğu kimi, Rusiyanın imperiya siyasəti davam edir. Ümumiyyətlə, bu dövlətin fəlsəfi mahiyyəti işğalçılıq, imperiya siyasətinin üzərində qurulub. Ona görə də, kim fikirləşirsə ki, Rusiya Qarabağda münaqişənin həll olunmasını istəyir, çox böyük sadəlövhlük edir. Çünki Rusiya bütün hallarda burada uzunmüddətli qalmaq niyyətindədir. Ona görə də, müxtəlif manevrlər edir. Bilirik ki, Brüssel görüşündən dərhal sonra Ermənistanın baş naziri Moskvada Putinlə görüşdü. Bütün bunlar da ondan xəbər verir ki, Rusiya bu münaqişənin həllində maraqlı tərəf deyil”.

Ermənistana gəlincə, partiya sədri hesab edir ki, onlar sadəcə Rusiyaya güvənməklə, bu prosesi uzadırlar: “Ermənistan təhlükəsizlik məsələsini Rusiya tərəfindən həll olunmasını istəyir, amma Qərbdən də maliyyə yardımı almaq istəyir. Təbii ki, hazırda Azərbaycan öz istəyi uğrunda mübarizəsini aparır və onlara Azərbaycan tərəfi müəyyən vaxt verib. Lakin görünən odur ki, ermənilər belə manevrlər etməklə, Rusiyanın himayəsi altında Azərbaycanın səbrini son həddə gətirib çatdırırlar. Nəticə etibarilə, biz sonda öz ərazilərinizdə antiterror əməliyyatı həyata keçirəcəyik və ermənilərə də lazımi yeri göstərəcəyik. Dünən Cənab Prezidentimizin də çıxış oldu. O diqqətə çatdırdı ki, əgər məsələlər həllini tapmasa, biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq. Bu isə çox ciddi mesajdır”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az