ABŞ Prezidenti Co Bayden Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb.Onun dəyəri 800 milyon dollar olacaq.
Demokrat.az UNİAN-a istinadən bildirir ki, bu barədə Baydenaprelin21-də mətbuat konfransında çıxışı zamanı deyib:
"Ukraynaya daha 800 milyon dollarlıq əlavə hərbi yardım elan edirəm. Bu, ağır artilleriya, yüzlərlə haubitsa və onlar üçün yüz minlərlə döyüş sursatıdır. Həmçinin yüzlərlə taktiki pilotsuz uçuş aparatı var", - o vurğulayıb.
Amerika Prezidenti deyib ki, hərbi yardım Ukraynaya rekord sürətlə çatır:
"ABŞUkrayna ordusuna şərqdə rusların hücumunu cilovlamağa kömək etmək üçün səy göstərir".
Leyla Demokrat.az


