Gündəm

Daha bir Vətən müharibəsi qazisi kiçik biznesə cəlb edildi — FOTOLAR

Daha bir Vətən müharibəsi qazisi kiçik biznesə cəlb edildi — FOTOLAR

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi “Füzuli, Tər-tər və Qazax rayonlarında yaşayan mina qurbanlarına və onların ailələrinə kiçik biznesin yaradılması” adlı layihəsi üzrə sonuncu tədbirini həyata keçirib.

Demokrat.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.

Bu gün Qazax rayonu Çaylı kəndində rayon İcra hakimiyyətinin şəhid ailələri və qazilərlə iş şöbəsinin, Caylı bələdiyyəsi üzvlərinin, qazilərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə bu kəndin sakini, Vətən müharibəsi qazisi Vəliyev Turalın kiçik biznesə cəlb edilməsilə əlaqədar tədbir keçirilib.

Tədbirdə layihə rəhbəri Hafiz Səfixanov bildirib ki, bu layihənin məqsədi mina qurbanlarını və onların ailə üzvlərini kiçik biznes sahəsinə cəlb edərək iqtisadi problemlərinin həll olunmasına, cəmiyyətin tamhüquqlu üzvünə çevrilməsinə və onların ailə üzvləri ilə birlikdə ləyaqətlə yaşamasına nail olmaqdan ibarətdir. Bu məqsədlə də Qazax rayonu Çaylı kəndində yaşayan mina qurbanı Vəliyev Tural İsa oğluna onun özünün istəyi ilə 1 ədəd südlük inək alınıb təhvil verilib.

Tədbirdə çıxış edən Qazax rayon İcra Hakimiyyətinin nümayəndəsi, qazilər, Çaylı kənd orta məktəbinin müəllimləri və bələdiyyə üzvləri belə layihələrin vacibliyini bildirdilər və layihənin donoru olan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkür etdilər.

Daha bir Vətən müharibəsi qazisi kiçik biznesə cəlb edildi — FOTOLAR
Daha bir Vətən müharibəsi qazisi kiçik biznesə cəlb edildi — FOTOLAR
Daha bir Vətən müharibəsi qazisi kiçik biznesə cəlb edildi — FOTOLAR

Məlik Demokrat.az

D
demokrat.az