Sosial

Azərbaycanda karantinlə bağlı xoş xəbər: Gələn aydan... — VİDEO

Azərbaycanda karantinlə bağlı xoş xəbər: Gələn aydan... — VİDEO

May ayının 1-dən etibarən maska qadağası ləğv edilə, quru sərhədlər isə açıla bilər. Millət vəkili Fazil Mustafa deyib ki, hökümət növbəti yumşaldılma qərarı üzərində işləyir.

''May ayının 1-dən etibarən maska qadağası ləğv edilməli, quru sərhədlər isə açılmalıdır''. Bunu millət vəkili Fazil Mustafa ''Xəzər Xəbər''ə müsahibəsi zamanıd eyib. O bildirib ki, bu qadağaların ləğvi üçün zəmin yaranıb.

Millət vəkili qeyd edib ki, bütün hallarda pandemiyaya nəzarət diqqətdə saxlanılmalıdır. Yoluxmanı artıracaq amillərin qarşısı anında alınmalıdır. O bildirib ki, hazırda hökümət növbəti yumşaldılma qərarı üzərində işləyir.

Qeyd edək ki, Baş Nazirin qərarı ilə sonuncu dəfə xüsusi karantin rejmi may ayının 1-ə qədər uzadılıb. Bu müddətin növbəti dəfə uzadılıb-uzadılmamasına isə yaxın günlərdə aydınlıq gələcək.

Demokrat.az

D
demokrat.az