Sosial

Mina qurbanlarına və onların ailələrinə kiçik biznesin yaradılmasında dəstək göstərilir — FOTO

Mina qurbanlarına və onların ailələrinə kiçik biznesin yaradılmasında dəstək göstərilir — FOTO

Bu gün Füzuli rayonu Böyük Bəhmənli kəndində “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi “Füzuli, Tər-tər və Qazax rayonlarında yaşayan mina qurbanlarına və onların ailələrinə kiçik biznesin yaradılması” adlı layihəsini uğurla davam etdirir.

Demokrat.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.

Bu gün Füzuli rayonu Böyük Bəhmənli kəndində rayon İcra hakimiyyətinin, şəhid ailələrinin, qazilərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə layihə rəhbəri Hafiz Səfixanov bildirib ki, bu layihədə məqsəd mina qurMina qurbanlarına və onların ailələrinə kiçik biznesin yaradılmasına dəstək göstərilir - FOTOLARMina qurbanlarına və onların ailələrinə kiçik biznesin yaradılmasına dəstək göstərilir - FOTOLARMina qurbanlarına və onların ailələrinə kiçik biznesin yaradılmasına dəstək göstərilir - FOTOLARbanlarını və onların ailə üzvlərini kiçik biznes sahəsinə cəlb edərək bu insanların iqtisadi problemlərinin həll olunmasına, cəmiyyətin tamhüquqlu üzvünə çevrilməsinə və onların ailə üzvləri ilə birlikdə ləyaqətlə yaşamasına nail olmaqdan ibarətdir.

Bu məqsədlə də Füzuli rayonu Böyük Bəhmənli kəndində yaşayan mina qurbanı Mamedov Əvdil Elman oğlu bu layihənin benefisiarlarındandır. Ona özünün istəyi ilə 16 baş keçi alınıb təhvil verilib. Tədbirdə çıxış edən digər şəxslər belə layihələrin vacibliyini bildiriblər və layihənin donoru olan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkür ediblər.

Mina qurbanlarına və onların ailələrinə kiçik biznesin yaradılmasında dəstək göstərilir — FOTO
Mina qurbanlarına və onların ailələrinə kiçik biznesin yaradılmasında dəstək göstərilir — FOTO

Rza Demokrat.az

D
demokrat.az