Hadisə

Gəncədə ər və arvad dəm qazından zəhərləndi

Gəncədə ər və arvad dəm qazından zəhərləndi

Gəncədə zəhərlənmə qeydə alınıb.

Hadisə şəhərin Abbas Səhhət adlanan yaşayış massivində baş verib.

1984-cü il təvəllüdlü Səbuhi Həsənzadə və onun həyat yoldaşı 1983-cü il təvəllüdlü Güləndər Həsənzadə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal hər iki xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, ər və arvad yaşadıqları evdə dəm qazından zəhərləniblər.(apa/az)

Demokrat.az

D
demokrat.az