Gündəm Özəl

Zelenski Baydenin Kiyevə gələcəyinə inanır

Zelenski Baydenin Kiyevə gələcəyinə inanır

Ukrayna Prezidenti Volodimr Zelenski ABŞ prezidenti Co Baydenin Ukraynaya səfərini istəyir və onun Kiyevə gələcəyinə inanır.

Demokrat.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Zelenski açıqlama verib:

"Fikrimcə, Bayden gələcək. Bu, təbii ki, onun öz qərarıdır.Bu, həm də təhlükəsizlik şəraitindən asılıdır. Amma hesab edirəm ki, o, ABŞ-ın lideridir, ona görə də bura gəlməli, görməlidir”, - deyə Ukrayna lideri ABŞ Prezidentinin səfər planları ilə bağlı sualı cavablandırıb.

Leyla Demokrat.az

D
demokrat.az