Gündəm

Zelenski: "Biz dünyaya inanmırıq"

Zelenski: Biz dünyaya inanmırıq

"Mən Ukraynada baş verənləri gördükdən sonra dünyaya inanmıram. Bəzi ölkələrə və bəzi liderlərə inanmıram. Sözlərə etibar etmirik. Qonşularımıza güvənmirik, biz bütün bunlara inanmırıq”

Demokrat.az UNİAN-a istinadən bildirir ki, bu sözləri Ukrayna Prezidenti Volodimr Zelenski deyib.

"Budapeşt Memorandumu “sadəcə bir kağız parçasına” çevrildikdən sonra sənədləşdirilmiş təhlükəsizlik zəmanətlərinə və beynəlxalq hüquqa inanmıram. Biz sadəcə olaraq danışıq, praqmatik şeylərə inanırıq. Əgər bizim dostumuz və ya tərəfdaşımızsınızsa, bizə silah verin, əl verin, dəstək olun, pul verin və Rusiyanı dayandırın. İndi yeganə inam özümüzə, xalqımıza, Ukrayna Silahlı Qüvvələrimizədir".

Leyla Demokrat.az

D
demokrat.az