Dünya

Bolqarıstan limanlarını Rusiya gəmiləri üçün bağladı

Bolqarıstan limanlarını Rusiya gəmiləri üçün bağladı

Bolqarıstan öz limanlarına Rusiya gəmilərinin girişinə qadağa qoyub.

Qeyd olunub ki, habelə Rusiya bayrağını və ya qeydiyyatını fevralın 24-dən sonra hər hansı başqa dövlətin bayrağına və ya qeydiyyatına dəyişdirmiş bütün gəmilərin Bolqarıstanın dəniz və çay limanlarına girişi qadağandır.

Qəza vəziyyətində olan və ya humanitar yardıma ehtiyacı olan, həmçinin Aİ-yə enerji, qida və dərman daşıyan gəmilər üçün bu hal istisna edilib./qafqazinfo

D
demokrat.az