Gündəm Özəl

Zelenski: "Rusiya Donbası ələ keçirsə..."

Zelenski: Rusiya Donbası ələ keçirsə...

"Ukrayna şərqdəki ərazilərini Rusiyaya verməyəcək və Donbasda döyüşə hazırdır. Bu döyüş hərbi əməliyyatların sonrakı gedişinə də təsir göstərə bilər".

Demokrat.az UNİAN-a istinadən bildirir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski CNN telekanalına müsahibəsində deyib .

Dövlət başçısının sözlərinə görə, Rusiya Donbası ələ keçirsə, o zaman Kiyevə ikinci dəfə hücum etməyə cəhd etməyəcəyinə zəmanət yoxdur. Ona görə də Ukrayna üçün Rusiya Federasiyasını cilovlamaq və “özlüyündə dayanmaq” vacibdir, çünki gələcək döyüş bütün müharibənin gedişatına təsir göstərə bilər. Mən Rusiya hərbçilərinə və Rusiya rəhbərliyinə etibar etmirəm.

Ukrayna prezidenti bu yaxınlarda verdiyi müsahibədə Putinin nüvə silahından istifadə etmə ehtimalını bir daha vurğulayıb. O, dinc əhalinin soyqırımından da danışıb.

Leyla Demokrat.az

D
demokrat.az