Gündəm

Onlar 5 il tez pensiyaya çıxacaqlar

Onlar 5 il tez pensiyaya çıxacaqlar

Sağlamlıq imkanı məhdud uşağına baxdığına görə atalara 5 il tez pensiyaya çıxmaq hüququ veriləcək.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevbildirib ki, bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilir.

O qeyd edib ki, belə bir güzəşt analara verilmişdi, amma atalara verilməmişdi. “Dəyişikliklərə əsasən atalara da belə bir güzəştin verilməsi nəzərdə tutulur”, - deyə komitə sədri əlavə edib./trend.az

D
demokrat.az