Gündəm Özəl

“Dünyanın heç bir ölkəsində xidmətin bahalaşmasına sevinmirlər” — “Azəristiliktəchizat” sədrinə SƏRT REAKSİYA

“Dünyanın heç bir ölkəsində xidmətin bahalaşmasına sevinmirlər” — “Azəristiliktəchizat” sədrinə SƏRT REAKSİYA

"Azəristiliktəchizat" ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib ki, istehlakçılar arasında sorğu keçirib və monitorinq aparılıb. O qeyd edib ki, istilik tariflərinin 15 qəpikdən 22-25 qəpiyə qaldırmaq olar və əhali buna razıdır.

Məsələ ilə bağlı Demokrat.az-a fikirlərini bölüşən iqtisadçı-ekspert Nazim Baydəmirli bildirdi ki, bu səsləndirilən fikirlər absurddur. Çünki dünyanın heç bir ölkəsində heç bir şəxs aldığı xidmətin bahalaşmasına sevinmir:

“Normal ölkələrdə, sivil dünyada hər hansı bir kommunal xidmətin qiyməti qaldırılan zaman onun bir ictimai müzakirəsi aparılır. Əgər bu xidmətləri hökumət qurumları, dövlət mülkiyyətində olan müəssisələr təklif edirsə, o zaman onlar müstəqil audit yoxlaması aparırlar. Sonra audit yoxlamasının nəticəsini cəmiyyətə elan edirlər və bu xidmətin maya dəyəri açıqlanır. Yəni, əhaliyə maya dəyərinin nə qədər artması ilə bağlı məlumat verirlər. Əgər bizdə də belə bir şey olsaydı, o zaman "Azəristiliktəchizat"ın bu açıqlamasını normal saymaq olardı. Ancaq Azərbaycanda birmənalı olaraq bütün kommunal xidmətləri həyata keçirən istər SOCAR olsun, istər “Azəriqaz”, istərsə də "Azəristiliktəchizat" və s. kimi dövlət şirkətləri heç vaxt əhaliyə xidmət göstərişlərinin maya dəyərin ilə bağlı cəmiyyətə doğru-dürüst məlumat verməyiblər. Əgər vermiş olsalar da, əhali onlara inanmayacaq. Çünki audit yoxlamaları da sifarişli olaraq həyata keçirilir”.

“Dünyanın heç bir ölkəsində xidmətin bahalaşmasına sevinmirlər” — “Azəristiliktəchizat” sədrinə SƏRT REAKSİYA

Ekspertin sözlərinə görə, əslində bu xidmətlərin maya dəyərləri çox şişirdilir və nəticədə mənimsələr baş verir:

“Çox şübhəsiz ki, "Azəristiliktəchizat" da verdiyi xidmətin maya dəyəriniin kifayət qədər aşağı olmasına baxmayaraq, müxtəlif maliyyə mexanizmləri ilə kağız üzərində satınalmalar həyata keçirir. Bununla da, maya dəyərini şişirdirlər və bunu əhaliyə yükləyirlər. Birmənalı olaraq qeyd edim ki, digər kommunalı həyata keçirənlər istər elektrik, istər qaz, istər su xidmətləri və digər məsələlər hamısının mexanizmi maya dəyərini şişirtməkdir. Bunların rəhbərləri dövlət vəzifələrində oturub öz şəxsi bizneslərini idarə etməklə məşğuldurlar. Bütün bunların olmaması üçün hökumətin üzərində normal parlament olmalıdır və parlament də nəzarət funksiyasını həyata keçirməlidir. Ancaq, o, həqiqətdir ki, dünyanın heç bir ölkəsində heç bir şəxs aldığı xidmətin bahalaşmasına sevinmir. Bu mənada səsləndirilən fikirlər tamamilə absurddur. Bu artan qiymətlər isə əslində mənimsəmələrə yol açır”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az