Gündəm Özəl

Politoloq: “Azərbaycan Xankəndi ətrafında əraziləri nəzarətinə götürməlidir”

Politoloq: “Azərbaycan Xankəndi ətrafında əraziləri nəzarətinə götürməlidir”

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NTV- yə müsahibəsində Azərbaycanla Ermənistan arasında qarşılıqlı inamın yaradılması istiqamətində addımların atılacağını deyib. O, bildirib ki, Birgə Sərhəd Komissiyasının yaradılması və Azərbaycanın təklif etdiyi sülh müqaviləsi ilə bağlı razılıq əldə olunmalıdır.

Məsələni şərh edən politoloq Əhəd Məmmədli Demokrat.az-a açıqlamasında bildirib ki, bu məsələdə Türkiyənin açıq-aydın iştirak etdiyi görünür.

Politoloq qeyd edib ki, Avropa Birliyində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanması, eyni zamanda Türkiyə-Ermənistan arasında diplomatik əlaqələrin qurulması yönündə işlər görülür. Amma təbii ki, biz unutmamalıyıq ki, burada Rusiya faktoru var. Ona görə də, bu məsələlər Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Hesab edirəm ki, bu il gecikmədən Azərbaycan Xankəndi ətrafındakı ərazilərimizi öz nəzarətinə götürməlidir”.

Nəzrin Hüseynli Demokrat.az

D
demokrat.az